http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Papanın Dubay səfəri təxirə salınıb

28 Noyabr 2023 , 23:33
Papanın Dubay səfəri təxirə salınıb

Papa Fransisk BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) konfransında iştirak etmək üçün nəzərdə tutduğu Dubay səfərini ləğv etmək məcburiyyətində qalıb. 

"Operativ Media" xəbər verir ki, Müqəddəs taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruninin sözlərinə görə, ağciyər iltihabından müalicə olunan pontifikin səhhəti ilə əlaqədar həkimlər səfərin ləğvini məsləhət biliblər.

"Papanın səhhətinin ümumi klinik mənzərəsi yaxşılaşsa da, onun tənəffüs yollarının iltihabı ilə qripdən əziyyət çəkdiyini nəzərə alaraq həkimlər Papadan yaxın bir neçə gün ərzində planlaşdırılan Dubay səfərinə getməməyi xahiş ediblər. Papa Fransisk həkimlərin xahişini böyük təəssüf hissi ilə qəbul edib və bu səbəbdən səfər ləğv edilib", - deyə məlumatda bildirilir.

Bruni əlavə edib ki, Papanın bu tədbirdə "başqa formada iştirakının" mümkünlüyü araşdırılır. 

OXŞAR XƏBƏRLƏR
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Neft qiymətləri ucuzlaşıb

Neft qiymətləri ucuzlaşıb

Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək

Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək

XƏBƏR LENTİ
  • 11:24

    Amerikalı səyyah: Qarabağdakı dəyişikliklərdən təsirləndim
  • 11:10

    Şəki və Zaqatala ərazisindəki çaylardan sel keçib
  • 11:06

    Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib
  • 11:04

    Paris-2024: Azərbaycanlı badmintonçu məğlubiyyətlə başladı
  • 10:54

    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 10:52

    DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb
  • 10:44

    Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
  • 10:35

    UEFA-dan AFFA rəsmisinə təyinat
Menyu