ÜST rəhbəri: 1,3 milyon insan Qəzza zolağında sığınacaqlardadır
Redaksiya
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Qəzza zolağında sığınacaqlara sığınanların sayı 1,3 milyon nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.
"Hazırda 1,3 milyon insan Qəzzada sığınacaqlarda yaşayır"-deyə Qebreyesus sosial media hesabında yazıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri girovlar azad edildikdən sonra Qəzza zolağında döyüşləri davam etdirmək niyyətindədir.
Teqlər:
"\u00dcST r\u0259hb\u0259ri: 1 3 milyon insan Q\u0259zza zola\u011f\u0131nda s\u0131\u011f\u0131nacaqlardad\u0131r"