"Operativ Media" xəbər verir ki, bunu CNN-ə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.
"Ümid edirik ki, bir neçə saat ərzində girovların yekun qrupu azad ediləcək və biz də atəşkəsin uzadılmasını elan edə biləcəyik. Qətər bu məsələdə çox optimistdir və bu gün yaxşı xəbərlər paylaşa bilər", - əl-Ənsari qeyd edib.
O, əlavə edib ki, israilli kişilərin və İDF əsgərlərinin azad edilməsi mümkünlüyü hələ də müzakirə olunur: "Biz ən çox risk altında olanlara, yəni qadınlara və uşaqlara üstünlük verdik. Mülki kişilərin də azad edilməsinə doğru irəliləyirik və buna nail olandan sonra İDF əsgərləri ilə bağlı daha uzun danışıqlara başlayacağıq", - diplomat əlavə edib.