Çinin xarici işlər naziri Qəzza zolağında tam atəşkəs tələb edib
"Çin Qəzza zolağında tam və dərhal atəşkəsin əldə olunmasında israr edir, həmçinin münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin koordinasiyalı fəaliyyətinə ümid edir".
"Operativ Media" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
O, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqlə bağlı keçirilən iclasda İlk növbədə, atəşkəs rejiminə maksimum səmərəli kömək etməli olduqlarını bildirib: "Hərbi əməliyyatların uzadılması Qəzza zolağında yalnız yeni ölüm və dağıntılara səbəb olacaq".
Vanq Yi qeyd edib ki, həll olunmamış problem bütün regiona yayıla bilər və zorakı üsullar çıxış yolu deyil: "Zorakılığın zorakılıqla cavablandırılması yalnız nifrəti dərinləşdirəcək və antaqonizmi artıracaq", - o əlavə edib.
Teqlər:
"\u00c7inin xarici i\u015fl\u0259r naziri Q\u0259zza zola\u011f\u0131nda tam at\u0259\u015fk\u0259s t\u0259l\u0259b edib"