Blinken və Kuleba Qara dənizdə gəmiçiliklə bağlı müzakirə aparıblar
"ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsseldə keçirilən görüşdə Qara dənizdə gəmiçilik marşrutlarının açılması, həmçinin Vaşinqtonda ikitərəfli hərbi-sənaye konfransının hazırlanması ilə bağlı məsələləri müzakirə ediblər".
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
"ABŞ dövlət katibi Blinken və Ukrayna xarici işlər naziri Kuleba döyüş meydanındakı hadisələri, o cümlədən Qara dənizdə gəmiçilik marşrutlarının açılmasını müzakirə ediblər. Onlar həmçinin dekabrın 6-7-də Vaşinqtonda keçiriləcək hərbi-sənaye konfransını müzakirə ediblər. Bu konfransda Amerika və Ukrayna şirkətlərin Ukraynaya kömək etməsi üçün hərbi texnikanın birgə istehsalını təşviq edəcəklər və Amerika biznesi üçün yeni imkanlar yaradacaqlar", - Millerin görüşdən sonra verdiyi yazılı bəyanatda deyilir.
Blinken və Kuleba arasında hazırkı danışıqlar NATO-ya üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Belçikanın paytaxtında keçirilən görüşü çərçivəsində baş tutub.
Teqlər:
"Blinken v\u0259 Kuleba Qara d\u0259nizd\u0259 g\u0259mi\u00e7ilikl\u0259 ba\u011fl\u0131 m\u00fczakir\u0259 apar\u0131blar"