Menyu

Hakan Fidan: Qəzzada təcili olaraq humanitar atəşkəsə ehtiyacımız var

Hakan Fidan: Qəzzada təcili olaraq humanitar atəşkəsə ehtiyacımız var

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzada humanitar atəşkəsin yaradılmasına təcili ehtiyac olduğunu vurğulayıb.

"Opertiv Media" xəbər verir ki, Fidan bu barədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının təmas qrupu ilə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında təşkil edilən mətbuat konfransında bildirib.

"Tədbirdə açıqlanan rəqəmlərə görə, Qəzzanın şimalında böyük dağıntılar və dəhşətli can itkiləri var. Digər tərəfdən, Qəzzanın cənubundakı məcburi köç səbəbiylə bölgəni tərk edənlərin sayı hər gün artır. Humanitar böhran və İsrailin hücumlarını davam etdirməsi mənfi tendensiyaya səbəb olacaq", - Fidan müvafiq sualları cavablandırıb.

Fidan beynəlxalq ictimaiyyətin bütün sahələrdə, o cümlədən siyasi və humanitar sahədə lazımi səyləri göstərməli olduğunu vurğulayıb: "Təcili olaraq humanitar atəşkəsə ehtiyacımız var. Təcili olaraq humanitar yardıma ehtiyacımız var".

Teqlər:

"Hakan Fidan: Q\u0259zzada t\u0259cili olaraq humanitar at\u0259\u015fk\u0259s\u0259 ehtiyac\u0131m\u0131z var"

Əlaqəli Xəbərlər