İordaniya: İşğala son qoyulması fələstinlilərə və İsrailə sülh gətirəcək
"BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı hamı üçün məcburi olacaq qətnamə qəbul etməli, İsrailin işğalına və təcavüzünə son qoymalıdır".
"Operativ Media" xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında çıxış edən İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi deyib.
"Yalnız işğala son qoyulması fələstinlilərə və İsrailə sülh gətirəcək”, - deyə o vurğulayıb.
"Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması sabitlik və təhlükəsizliyə gətirib çıxaracaq, əks halda bölgədə müharibə bir 30 il daha davam edəcək", - diplomat əlavə edib.
Teqlər:
"\u0130ordaniya: \u0130\u015f\u011fala son qoyulmas\u0131 f\u0259l\u0259stinlil\u0259r\u0259 v\u0259 \u0130srail\u0259 s\u00fclh g\u0259tir\u0259c\u0259k"