Menyu

Bild: Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən gənclərdən biri Rusiya vətəndaşıdır

Bild: Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən gənclərdən biri Rusiya vətəndaşıdır

"Almaniyada saxlanılan və terror aktı hazırlamaqda şübhəli bilinən iki yeniyetmədən biri Rusiya vətəndaşıdır". 

"Operativ Media" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, söhbət Vittstok şəhərindən (Federal Brandenburq əyaləti - red.) olan 16 yaşlı Rəsul M.-dən gedir. İkinci şübhəli Əfqanıstan əsilli Almaniya vətəndaşı, 15 yaşlı Edris D.-dir.

Polisdən verilən məlumata görə, gənclərdən biri terror aktı törətmək planları haqqında yazıb: "Sonunda onlar Milad bazarına hücum etmək üçün konkret plan üzərində razılığa gəliblər".

Qeyd edilib ki, Almaniya hüquq-mühafizə orqanları yeniyetmələrin planları barədə məlumatı xarici kəşfiyyat xidmətindən alıb.

Bundan əvvəl "WDR" teleradio şirkəti Almaniyanın Brandenburq və Şimali Reyn-Vestfaliya bölgələrində iki yeniyetmənin terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanıldığını bildirib. Faktla bağlı Düsseldorf və Neuruppinin baş prokurorluqları araşdırma aparır. Hər iki yeniyetmə İŞİD terror qruplaşmasının tərəfdarları hesab olunur.

Teqlər:

"Bild: Almaniyada terror akt\u0131 haz\u0131rlamaqda \u015f\u00fcbh\u0259li bilin\u0259n g\u0259ncl\u0259rd\u0259n biri Rusiya v\u0259t\u0259nda\u015f\u0131d\u0131r"

Əlaqəli Xəbərlər