Dünya Badminton Federasiyası Rusiyanın üzvlüyünü dayandırıb
Nərmin Qocamanlı
Dünya Badminton Federasiyası Rusiya Milli Badminton Federasiyasının üzvlüyünü dayandırıb.
"Operativ Media" "RİA"ya istinadən xəbər verir ki, buna səbəb kimi DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin federasiyalarının Rusiya təşkilatının yurisdiksiyasına daxil edilməsi göstərilib.
Beynəlxalq federasiya qeyd edir ki, Rusiya pasportu olan idmançılar turnirlərdə müstəqil neytral idmançılar kimi iştirak edə bilərlər.