30 Noyabr 2023, 23:04
Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib  şəkil
Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 28-ci Konfransı (COP28) çərçivəsində keçiriləcək Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

"Operativ Media" xəbər verir ki, Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayed əl Nəhyan, Abu Dabi səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və digər əlaqədar şəxslər qarşılayıblar.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanı ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət ediblər.

Son xəbərlər
"Real Madrid" 1/4 finala yüksəldi
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib