“Financial Times” 2023-cü ildə dünyanın ən nüfuzlu qadınlarının siyahısını təqdim edib
Nərmin Qocamanlı
Financial Times 2023-cü ildə dünyanın ən nüfuzlu qadınlarını təqdim edib.
"Operativ Media" xəbər verir ki, siyahıda aktrisa Margot Robbie, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, cənubi azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya da daxil olmaqla 25 qadın var.
Siyahı "Financial Times"ın müxtəlif bölmələrindən olan jurnalistlər, qəzetin oxucuları və sənaye liderləri ilə məsləhətləşmələr əsasında tərtib edilib.