Menyu

Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisini sürətləndirəcək

Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisini sürətləndirəcək

Rusiya ilə sərhəddə hasar tikintisinə başlayan və bütün işlərin 2026-cı ilə qədər başa çatdırılmasını planlaşdıran Finlandiya hasarın tikintisini sürətləndirmək niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Məlumata görə, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen parlamentdə müzakirələr zamanı deyib. Onun sözlərinə görə, Rusiya ilə sərhəddən ölkəyə çox sayda miqrantların gəlməsi ilə əlaqədar bu mövzu ölkə parlamentində deputatlar tərəfindən müzakirə edilib. 

Öz növbəsində layihə rəhbəri, Finlandiya Sərhəd Mühafizəsinin nümayəndəsi İsmo Kurki qeyd edib ki, hasarın daha sürətli tikintisi əlavə maliyyə tələb edəcək.

2024-2026-cı illər arasında Finlandiyanın Rusiya ilə şərq sərhədində təxminən 200 km hasarın çəkiləcəyi gözlənilir. Hasarın böyük hissəsi sərhədin cənub-şərq hissəsində yerləşəcək.

Qeyd edək ki, Finlandiyanın Rusiya ilə bütün sərhəd keçid məntəqələri dekabrın 13-dək bağlıdır. 

Teqlər:

"Finlandiya Rusiya il\u0259 s\u0259rh\u0259dd\u0259 hasar tikintisini s\u00fcr\u0259tl\u0259ndir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər