Menyu

Qallant HƏMAS-ı məğlub edəcəklərinə söz verib

Qallant HƏMAS-ı məğlub edəcəklərinə söz verib

İsrailin müdafiə naziri Yoav Qalant hərbi helikopterlə İsrail ordusunun Qəzza zolağında yenilənmiş hərbi əməliyyatının gedişatını izləyib, anklav ətrafında uçuşlar həyata keçirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Qallant özü mətbuata açıqlamasında bildirib.

Qallant qeyd edib ki, uçuş nəticəsində o, İsrailin HƏMAS təşkilatını məğlub edəcəyinə əmin olub.

"Gecə mən Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzinə baş çəkdim, orada İsrail Müdafiə Qüvvələrinin əməliyyat planlarını təsdiqlədim. Bu gün səhər biz hamımız bu hücumların əhəmiyyətini gördük", - nazir bildirib.

O vurğulayıb ki, İsrail bu müharibənin məqsədlərinə - HƏMAS terror təşkilatını məhv etməyə, onun inzibati və hərbi potensialını aradan qaldırana və girovları evlərinə qaytarana qədər HƏMAS-a zərbələr endirməyə davam edəcək: "Biz uğur qazanana və qalib gələnə qədər bu missiyanı yerinə yetirməyə davam edəcəyik".

Teqlər:

"Qallant H\u018fMAS-\u0131 m\u0259\u011flub ed\u0259c\u0259kl\u0259rin\u0259 s\u00f6z verib"

Əlaqəli Xəbərlər