İsrail ordusu Hizbullahın infrastrukturuna hücumlar təşkil edib
İsrail Hərbi Hava Qüvvələri Livandakı Hizbullah təşkilatının bu ölkəyə atəş açmasına cavab olaraq təşkilatın hədəflərinə zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "İsrail Müdafiə Qüvvələri bir müddət əvvəl İsrail dövlətinin ərazisinə edilən atışlara cavab olaraq Livandakı terror təşkilatı Hizbullahın terror infrastrukturuna qarşı döyüş təyyarələri, döyüş helikopterləri və artilleriya atəşlərindən istifadə edərək hücuma keçib".
Ordu əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı ölkənin şimalındakı Malkiya kəndi ərazisində İsrail ərazisini atəşə tutmağa çalışan bir qrup silahlı radikala hücum edib.
Teqlər:
"\u0130srail ordusu Hizbullah\u0131n infrastrukturuna h\u00fccumlar t\u0259\u015fkil edib"