Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
"Almaniyanın Aşağı Saksoniya federal əyalətində iraqlı 20 yaşlı gənc Milad bayramı zamanı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib".
"Operativ Media" xəbər verir ki, bu barədə Aşağı Saksoniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
"O, Milad bayramı zamanı hücumlar həyata keçirmək istədiyini söylədi", - məlumatda qeyd edilib.
Daxili Saksoniya Daxili İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Almaniyanı hücumlarla hədələməkdə davam edən islamçılar var: "Bu yaxınlarda Şimali Reyn-Vestfaliya və Brandenburqda İŞİD terror təşkilatına rəğbət bəsləyən və Milad bazarına hücum etməyi planlaşdıran iki gənc həbs olundu".
Teqlər:
"Almaniyada terror haz\u0131rl\u0131\u011f\u0131nda \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs h\u0259bs edilib"