Menyu

Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir

Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir

"Fələstin anklavında atəşkəsdən sonra İsrailin yenidən bombardmanları nəticəsində Qəzza zolağının 200-ə yaxın sakini həlak olub". 

"Operativ Media" xəbər verir ki, bu məlumatı sektorun Səhiyyə Nazirliyi yayıb.

"Cümə günü səhər saatlarından indiyədək İsrailin Qəzzaya təcavüzü nəticəsində 178 nəfər həlak olub", - Səhiyyə Nazirliyinin "Facebook" səhifəsində qeyd edilib.

İdarə 589 nəfərin xəsarət aldığını qeyd edib. Məlumata görə, qurbanların əksəriyyəti qadınlar və yeniyetmələrdir.

Dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında hərbi əməliyyatları bərpa etdiyini bəyan edib. Fələstin Administrasiyası İsrailin yenidən təcavüzkar hərəkətlərinə görə ABŞ-ni günahlandırıb. 

Teqlər:

"At\u0259\u015fk\u0259sd\u0259n sonra Q\u0259zzada 200-\u0259 yax\u0131n adam\u0131n \u00f6ld\u00fcy\u00fc bildirilir"

Əlaqəli Xəbərlər