01 Dekabr 2023, 23:01
Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq şəkil
Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq

"Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təxminən 170 min nəfər artırılıb". 

"Operativ Media" xəbər verir ki, sözügedən sənəd Kremlin saytında dərc olunub və imzalandığı gündən qüvvəyə minəcək.

Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştat səviyyəsi 2 milyon 209 min 130 nəfər, o cümlədən 1 milyon 320 min nəfər hərbi qulluqçu müəyyən edilib. Əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin sayının artırılması haqqında prezidentin fərmanı ilə əlaqədar səfərbərlik üçün heç bir müddəa yoxdur. Artım müqaviləli əsgərlər hesabına mərhələlərlə həyata keçirilir", - sözügedən fərmanla bağlı Rusiya Müdafiə Nazirliyi bildirib.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayının artırılması müqavilə əsasında hərbi xidmət keçmək arzusunu ifadə edən vətəndaşların hesabına mərhələli şəkildə həyata keçirilir. Vətəndaşların məcburi hərbi xidmətə cəlb edilməsi, səfərbərlik nəzərdə tutulmur", - Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Son xəbərlər
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
25 Yanvar 2025, 14:05
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir