Menyu

ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan edib

ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan edib

Avropada dünyada ən sürətlə yayılan İİV epidemiyası (İnsanın İmmunçatışmazlığı Virusu) müşahidə edilir, baxmayaraq ki, regionda xəstəliklə mübarizə aparmaq üçün bütün vasitələr mövcuddur.

"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Kluge məlumat verib.

“Avropa regionunda insanların 50 faizində diaqnoz gec qoyulur. İnsanlar tibbi yardıma çox gec müraciət edirlər. 10 ildir ki, bu tendensiya dəyişmir. Regionumuzun bir sıra ölkələrində ölüm göstəriciləri qəbuledilməz dərəcədə yüksəkdir, digərlərindəisə İİV-ə yoluxma demək olar ki, tamamilə dayandırılıb.

 

ÜST-nin Avropa Regionunda diaqnostika, müalicə və yoluxmanın qarşısını almaq üçün mövcud resurslar və texnologiyalarla heç kimdə İİV inkişaf etməməli, xüsusən də, heç kim bu xəstəlikdən ölməməlidir”, - deyə o, bildirib.

Qeyd edək ki, hər il dekabrın 1-də Ümumdünya İİV-lə Mübarizə Günü qeyd olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər