Türkiyə ordusu 6 nəfər PKK üzvünü zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında yazıb.
Nazirlik qeyd edir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən "Fərat qalxanı" əməliyyatının həyata keçirildiyi bölgədə PKK terrorçularına qarşı mübarizə davam edir.
"Terrorçular qazdıqları səngərlərdə basdırılmaqdan xilas ola bilməyəcəklər!", - nazirlik vurğulayıb.
Teqlər:
"T\u00fcrkiy\u0259 ordusu daha 6 PKK terror\u00e7usunu m\u0259hv edib"