Menyu

Peruda terror hücumu nəticəsində 9 nəfər həlak olub

Peruda terror hücumu nəticəsində 9 nəfər həlak olub

Perunun Pataş əyalətində silahlı şəxslərin nəticəsində azı 9 nəfər ölüb, 15 nəfər yaralanıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Dekabrın 2-də təxminən saat 01:00-da (Bakı vaxtı ilə 09:00 - red.) bir qrup silahlı cinayətkar Libertad vilayətinin Patas əyalətində yerləşən Poderosa mədən şirkətinin obyektlərinə daxil olub və burada silahlı toqquşma yaşanıb", - məlumatda deyilir.

İdarənin məlumatına görə, cinayətkarlar partlayıcı qurğu içərisinə mina yerləşdirib, sonra onu partladıblar. Nəticədə 9 nəfər ölüb, daha 15 nəfər yaralanıb: "Polis vəziyyəti nəzarətə götürüb. İndiyədək cinayət törətdiyi güman edilən 7 nəfər saxlanılıb, onlardan silah-sursat götürülüb".

RPP radiostansiyasının məlumatına görə, hücumun təşkilində Venesuelada yaranmış "Tren de Araqua" cinayətkar qruplaşması şübhəli bilinir. 

Əlaqəli Xəbərlər