Menyu

İstanbulda rusiyalı mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri saxlanılıb

İstanbulda rusiyalı mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri saxlanılıb

Rusiyanın mütəşəkkil cinayətkar dəstəsinin liderlərindən biri Şamil Əmirov İstanbulda saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.

"İstanbulun Sarıyer səmtində keçirilən əməliyyat nəticəsində Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri Şamil Əmirov saxlanılıb", - o, "X" sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, əməliyyat dələduzluqda təqsirli bilinərək İnterpol xətti ilə axtarışa verilən Əmirovun yaşadığı ünvanda keçirilib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər