Menyu

Netanyahu: Hizbullah səhv etsə, Livan məhv olacaq

Netanyahu: Hizbullah səhv etsə, Livan məhv olacaq

İsrailin baş naziri Benyamin Netanyahu Hizbullahın İsrailə qarşı böyük müharibəyə başlayacağı təqdirdə Livanın "məhv ediləcəyini" bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

"Hizbullahın bizə qarşı bütün cəhdlərinə baxmayaraq, biz daim şimalda fəaliyyət göstəririk. Terror hüceyrələrini zərərsizləşdiririk, sərhəddən çıxarırıq və sursatları məhv edirik. Biz şimalda güclü mühafizəni davam etdirəcəyik və cənubda tam qələbəyə nail olacağıq", - Netanyahu bildirib.

"Şimalda və cənubda təhlükəsizliyi bərpa edəcəyik. Hizbullah səhv edib genişmiqyaslı müharibəyə girərsə, Livanı öz əlləri ilə məhv edəcək", - o əlavə edib.

Teqlər:

"Netanyahu: Hizbullah s\u0259hv ets\u0259 Livan m\u0259hv olacaq"

Əlaqəli Xəbərlər