Menyu

BMT Qəzzada beynəlxalq hüququn pozulması hallarının araşdırılmasına çağırıb

BMT Qəzzada beynəlxalq hüququn pozulması hallarının araşdırılmasına çağırıb

"Qəzzada gedən döyüşlər zamanı beynəlxalq hüququn pozulması ilə bağlı iddialar araşdırılmalıdır". 

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib.

Diplomat qeyd edib ki, əgər münaqişə tərəfi ölkələrin səlahiyyətliləri bunu edə bilmirsə, beynəlxalq araşdırma lazımdır.

"Beynəlxalq hüquqa məhəl qoymamaq qərarına gələnlərə cavab veriləcəkləri barədə xəbərdarlıq edilməlidir. Heç kim qanundan üstün deyil", - Türk deyib.

Türk anklavın cənubunda yüz minlərlə fələstinlinin kifayət qədər su və qidaya malik olmadığını xatırladıb: "Bir daha deyirəm ki, Qəzzada təhlükəsiz yer yoxdur. Silahları susdurun və dialoqa qayıdın. Mülki əhalinin çəkdiyi iztirablar dözülməz dərəcədə böyükdür". 

Teqlər:

"BMT Q\u0259zzada beyn\u0259lxalq h\u00fcququn pozulmas\u0131 hallar\u0131n\u0131n ara\u015fd\u0131r\u0131lmas\u0131na \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər