Menyu

Polşa Ukraynanı özüyeriyən haubitsaların yeni partiyası ilə təchiz etməyi planlaşdırır

Polşa Ukraynanı özüyeriyən haubitsaların yeni partiyası ilə təchiz etməyi planlaşdırır

Polşa Ukraynaya 50-dən çox “Krab” özüyeriyən haubitsasını təhvil verməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

AHS Krab, Huta Stalowa Wola SA tərəfindən istehsal edilmiş tırtıllı şassi üzərində özüyeriyən haubitsadır. Polşa artıq Polşa ordusunun ehtiyatlarından Ukraynaya 18 belə maşın verib.

Məlumata görə, Kiyev və Varşava arasında bu özüyeriyən qurğulardan 56-nın istehsalı və təhvil verilməsi üçün də müqavilə imzalanıb.

Ukrayna Müdafiə Nazirliyi artıq silahlara görə Varşavaya təşəkkür edib. Onlar Polşanın özüyeriyən silahlarını “qələbə silahları” adlandırırlar.

Teqlər:

"Pol\u015fa Ukraynan\u0131 \u00f6z\u00fcyeriy\u0259n haubitsalar\u0131n yeni partiyas\u0131 il\u0259 t\u0259chiz etm\u0259yi planla\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər