Menyu

ABŞ yeni "qiyamət təyyarələri" donanmasını yaradacaq

ABŞ yeni "qiyamət təyyarələri" donanmasını yaradacaq

ABŞ Hərbi Hava Qüvvələri nüvə müharibəsi üçün yeni təyyarə parkı yaradacaq. Söhbət "Qiyamət təyyarələri" adlanan təyyarələrdən gedir.

"Operativ Media" "Reuters"ə istinadən xəbər verir ki, bu təyyarələr ekipajı və sərnişinləri atom bombasının partlamasından qorumağa qadirdir. "Boeing" korporasiyası müsabiqədən kənarlaşdırılıb, buna görə də müqavilə "Sierra Nevada Corp"a verilə bilər.

ABŞ Hərbi Hava Qüvvələri 2024-cü ildə yeni "Qiyamət təyyarələri"nin istehsalı üçün müqavilə imzalamağı planlaşdırır. Bununla belə, Pentaqon digər şirkətlərdən təklif alıb-almaması ilə bağlı şərh vermir.

Hazırda ABŞ-da "Qiyamət təyyarəsi" yalnız "E-4B Nightwatch"dur. Onun istismar müddəti 2030-cu ildə başa çatır.

"Qiyamət donanması"nın inkişafına 2024-cü maliyyə ilində 889 milyon dollar xərclənməsi planlaşdırılır. 2028-ci ilə qədər proqrama daha 8,3 milyard dollar ayrılacaq.

Teqlər:

"AB\u015e yeni \"qiyam\u0259t t\u0259yyar\u0259l\u0259ri\" donanmas\u0131n\u0131 yaradacaq"

Əlaqəli Xəbərlər