03 Dekabr 2023, 22:44
Estoniya-Rusiya sərhədi bağlana bilər
Estoniya-Rusiya sərhədi bağlana bilər şəkil
Estoniya-Rusiya sərhədi bağlana bilər

“Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər”.

“Operativ Media" “Yle” nəşrinə istinadən xəbər verir ki, bunu Estoniyada Polis və Sərhəd Mühafizə İdarəsinin sərhəd şöbəsinin rəhbəri Eva Kalmus bildirib.

Onun sözlərinə görə, artıq Rusiyaya səfər edənlər çıxılmaz vəziyyətdə qala bilər və sonra geri qayıtmaq çox çətin olacaq: “Vətəndaşlardan Rusiyaya səfərlərdən çəkinməyə çağırırıq”.

O qeyd edib ki, Tallin müvafiq qərar qəbul edərsə, Estoniya ilə Rusiya arasında sərhəddə keçid məntəqələri bir saat ərzində bağlana bilər. Kalmus bu qərarın müzakirə mərhələsində olduğunu vurğulayıb.

Bundan əvvəl Finlandiya miqrant axını ilə əlaqədar Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini müvəqqəti bağlamaq qərarına gəlib.

Son xəbərlər
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb