"Ukraynanın əks-hücum planı əslində Qərb tərəfindən irimiqyaslı komanda-qərargah təlimləri nəticəsində hazırlanıb, lakin Vaşinqton və Kiyev bu əməliyyatın başlama vaxtı ilə bağlı kəskin mübahisə ediblər".
"Operativ Media" xəbər verir ki, bu məlumatlar "The Washington Post" qəzetinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna həsr olunmuş yazısında yer alır.
Qeyd edilir ki, ukraynalı, amerikalı və britaniyalı zabitlər kampaniya planını hazırlamaq üçün səkkiz böyük komanda-qərargah təlimi keçiriblər.
Qəzet yazır: “Lakin Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin qısa müddət ərzində nə dərəcədə Qərb tipli qüvvələrə çevrilə biləcəyini səhv hesablayıb. Amerika və Ukrayna rəsmiləri bəzən strategiya, taktika və vaxt məsələsində kəskin fikir ayrılığına düşmüşdülər. Pentaqon Rusiyanın öz mövqelərini gücləndirməsinə mane olmaq üçün aprelin ortalarında hücuma başlamağı istəyirdi. Ukraynalılar əlavə silah və təlim olmadan hazır olmadıqlarını təkid edərək tərəddüd etdilər".
"The Washington Post" vurğulayır ki, Qərb Ukrayna Silahlı Qüvvələrinin 60-90 gün ərzində Azov dənizinə çata biləcəyini proqnozlaşdırırdı.