Menyu

ÜST atəşkəs rejimini Qəzza zolağı üçün yeganə etibarlı həll yolu adlandırıb

ÜST atəşkəs rejimini Qəzza zolağı üçün yeganə etibarlı həll yolu adlandırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında döyüşlərin yenidən başlamasından ciddi narahatlığını ifadə edib və qeyd edib ki, region üçün yeganə səmərəli həll uzunmüddətli atəşkəsdir.

"Operativ Media" nın məlumatına görə, bu barədə Təşkilat "X" sosial şəbəkəsində yazıb.

"Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada döyüşlərin və intensiv bombardmanların bərpasından ciddi şəkildə narahatdır və İsraili müharibə qanunlarına uyğun olaraq mülki əhalini və mülki infrastrukturu, o cümlədən xəstəxanaları qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırır", - deyə bildirilib. Qeyd olunub ki, “region üçün yeganə səmərəli həll yolu uzunmüddətli atəşkəsdir”.

 

ÜST vurğuladı ki, “Qəzza daha bir xəstəxananı itirə bilməz”, çünki tibb müəssisələrinə ehtiyac durmadan artır.

Teqlər:

"\u00dcST at\u0259\u015fk\u0259s rejimini Q\u0259zza zola\u011f\u0131 \u00fc\u00e7\u00fcn yegan\u0259 etibarl\u0131 h\u0259ll yolu adland\u0131r\u0131b"

Əlaqəli Xəbərlər