Menyu

Türkiyə Rumıniyaya hava patrul xidməti üçün "F-16" qırıcıları göndərib

Türkiyə Rumıniyaya hava patrul xidməti üçün "F-16" qırıcıları göndərib

Türkiyə Qara dəniz sahilləri yaxınlığında NATO-nun hava patrullarını həyata keçirmək üçün ilk dəfə Rumıniyaya bir qrup "F-16" qırıcıları göndərib.

"Operativ Media" nın məlumatına görə, bu barədə NATO Hava Komandanlığı (AIRCOM) məlumat yayıb.

"NATO-nun Rumıniyadakı hava patrulu missiyasına Almaniya və Türkiyənin əlavə qırıcı təyyarələr göndərməsini alqışlayıram", - deyə NATO-nun rəsmi nümayəndəsi vəzifəsini icra edən Dilan Uayt bildirib.

Artıq dörd təyyarə noyabrın 30-da Rumıniyanın Feteşti yaxınlığındakı Borça aviabazasına çatıb. Alyans həmçinin vurğulayıb ki, Türkiyənin F-16-ları “Qara dəniz sahili boyunca NATO hava məkanını qorumaq və potensial hava təhdidlərinin qarşısını almaq” üçün Rumıniya və Alman qırıcıları ilə birlikdə patrul edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər