Menyu

AEBA Ermənistandakı AES-in bağlanması üçün addımlar atmağı planlaşdırmır

AEBA Ermənistandakı AES-in bağlanması üçün addımlar atmağı planlaşdırmır

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün addım atmaq niyyətində deyil”.

"Operativ Media" xəbər verir ki, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi bildirib.

“Atom Elektrik Stansiyası ilə bağlı hər hansı məsələ ortaya çıxarsa, biz dərhal Ermənistan hökumətinə məlumat verəcək, ilk olaraq problemin olduğunu və müəyyən tədbirlər görülməli olduğunu söyləyəcəyik. Amma hələlik onun fəaliyyətinin davam etdiriləcəyinə əminik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan AES-in təhlükəsizliyini gücləndirmək üçün AEBA ilə əməkdaşlığı davam etdirir.

Qeyd edək ki, bu stansiya Türkiyədən 16 kilometr məsafədə yerləşir. Stansiya 1969-1977-ci illərdə Ermənistan SSR ərazisində Metsamor şəhəri yaxınlığında tikilib.

Teqlər:

"AEBA Erm\u0259nistandak\u0131 AES-in ba\u011flanmas\u0131 \u00fc\u00e7\u00fcn add\u0131mlar atma\u011f\u0131 planla\u015fd\u0131rm\u0131r"

Əlaqəli Xəbərlər