Aİİ və İran dekabrın 25-də hərtərəfli tərəfdaşlıq sazişi imzalayacaq
Nərmin Qocamanlı
"Aİİ və İran arasında hərtərəfli tərəfdaşlıq haqqında saziş hazırlanır, sənədin dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Aİİ sammitində imzalanması planlaşdırılır".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib./
Uşakov əlavə edib ki, sənəd Rusiya və İran arasında ikitərəfli münasibətlər üçün də əhəmiyyətli olacaq:
"Belə bir sənəd artıq praktiki olaraq hazırlanıb və biz onu ya sammitdən əvvəl, ya da sammit zamanı imzalayacağıq", - Uşakov əlavə edib.