Rusiyada yük maşını Rosqvardiya konvoyuna çırpılıb, ölən var
Redaksiya
Rusiya Federasiyasının Voronej vilayətində yük maşını Rosqvardiya konvoyuna çırpılıb, nəticədə 1 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı “İzvestiya” yayıb.
Hadisə M-4 Don avtomobil yolunun 596-cı km-də qeydə alınıb.
“Rosqvard avtomobillərində olan daha 7 nəfər yaralanıb. Lakin xəsarətlər yüngül olduğundan xəstəxanaya yerləşdirmə tələb olunmayıb”, - məlumatda bildirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net