ÜST: Qəzzada həlak olanların 60%-dən çoxu qadın və uşaqlardır
"Qəzza zolağında həlak olanların 60%-dən çoxu qadın və uşaqlardır".
"Operativ Media" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, cəmi 60 günlük döyüşlər zamanı 16 minə yaxın insan həlak olub.
"60 gündən az bir müddətdə, demək olar ki, 16 min insan öldü, onların 60%-dən çoxu qadın və uşaqlardır. 42 mindən çox insan yaralandı. Statistikanı bilirik: Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq ölür. Vəziyyət saatdan saata pisləşir, bombardmanlar davam edir və məcburi köçkünlərin sayı artır. Bir çox insan çıxılmaz vəziyyətdə və şokdadır", - ÜST nümayəndəsi deyib.
O, davamlı atəşkəsin zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ən böyük narahatlıq döyüşlər nəticəsində zədələnmiş səhiyyə infrastrukturunun zəifləçəsidir. Piperkorn bildirib ki, anklavın şimalında baş verənlər cənubda təkrarlanmamalıdır, çünki sağlamlıq ehtiyacları kəskin şəkildə artıb.