Menyu

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-ə çatıb

Əziz Əzizli
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-ə çatıb

İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Qərbi Sumatra Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik verdiyi açıqlamada itkin düşən 12 alpinistdən 11-nin cəsədinin tapıldığını bildirib.

 Region polisi həmçinin hələ də tapılmayan bir alpinistin partlayışların baş verdiyi əraziyə yaxın olması səbəbindən öldüyünə inandıqlarını və ölən alpinistlərin cəsədlərinin şəxsiyyətlərinin müəyyən edilməsi üçün xəstəxanaya aparıldığını açıqlayıb.

 Beləliklə, dekabrın 3-dən vulkanda baş verən partlayışlar və aktivlik nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.

Teqlər:

"\u0130ndoneziyada vulkan p\u00fcsk\u00fcrm\u0259si n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 22-\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər