ABŞ-dan hərbi texnika daşıyan 200-cü yük təyyarəsi İsrailə çatıb
"ABŞ-nin hərbi yardımı ilə 200-cü yük təyyarəsi İsrailə gəlib. Ümumiyyətlə Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri amerikalılardan 10 min ton hərbi texnika alınıb".
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən bildirilib.
"İsrail Müdafiə Nazirliyi ABŞ-dən 200-cü yük təyyarəsinin gəldiyini elan edir. Döyüş əməliyyatları başlayandan bəri Qəzza zolağında zirehli maşınlar da daxil olmaqla, 10 min tondan çox hərbi texnika, silahlar, avadanlıqlar, şəxsi mühafizə, dərmanlar, döyüş sursatları və bir çox başqa şeylər İsrailə çatdırılıb", - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net