Menyu

Makkarti Nümayəndələr Palatasını tərk edir

Makkarti Nümayəndələr Palatasını tərk edir

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti Kaliforniyadan olan konqresmen postunu tərk etmək qərarına gəlib. 

"Operativ Media" xəbər verir ki, bu barədə o, "The Wall Street Journal" üçün məqaləsində yazıb.

"Mən Amerikaya yeni üsullarla xidmət etmək üçün bu ilin sonunda Nümayəndələr Palatasını tərk etmək qərarına gəldim. Bilirəm ki, işim yeni başlayır", - Makkarti bildirib.

Siyasətçi qeyd edib ki, o, Kaliforniyanı 17 il Nümayəndələr Palatasında təmsil edib və bu müddət ərzində iki dəfə Respublikaçılar Partiyasının bu qurumda çoxluq qazanmasına kömək edib. Siyasətçinin sözlərinə görə, onun spiker olduğu müddətdə Nümayəndələr Palatası bir neçə mühüm qanun layihəsini qəbul etməyə nail olub.

Oktyabrın 3-də Nümayəndələr Palatasında əksəriyyət respublikaçı Makkartinin spiker postundan uzaqlaşdırılmasına səs verib. Beləliklə, ABŞ tarixində ilk dəfə olaraq Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılma baş verib. 

Teqlər:

"Makkarti N\u00fcmay\u0259nd\u0259l\u0259r Palatas\u0131n\u0131 t\u0259rk edir"

Əlaqəli Xəbərlər