Macarıstan baş nazirinin müşaviri: Milli maraqlarımıza riayət edirik
"Macarıstan xarici siyasətdə öz milli maraqlarına riayət edir".
"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri Balaz Orban Amerikanın Budapeştdəki səfiri Devid Pressmana deyib.
"Pressmana cavab: istəsəniz də, istəməsəniz də, Macarıstanın xarici siyasətinin əsasını milli maraqlar təşkil edir", - deyə Balaz Orban öz "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, Amerikanın Budapeştdəki səfiri David Pressman çərşənbə axşamı Macarıstan hökumətini ittifaq üzvlərinin ondan uzaqlaşdığı bir vaxtda NATO müttəfiqlərinin maraqlarına məhəl qoymadığına və Rusiya ilə əlaqələri gücləndirdiyinə görə kəskin tənqid edib.
Bundan əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamas Mençer bildirib ki, ABŞ-ın Budapeştdəki səfiri özünü elə aparır ki, sanki Macarıstan Amerika ştatlarından biridir.
Teqlər:
"Macar\u0131stan ba\u015f nazirinin m\u00fc\u015faviri: Milli maraqlar\u0131m\u0131za riay\u0259t edirik"