G7 ölkələri fələstinlilərə qarşı zorakılıqların artmasını pisləyib
G7 liderləri bölgədəki ekstremistlər tərəfindən fələstinlilərə qarşı zorakılıqların artmasını pisləyib və onları məsuliyyətə cəlb etməyə çağırıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə G7 ölkələrinin liderlərinin virtual görüşünün yekunları üzrə yayılan birgə bəyanatında deyilir.
"Biz İordan çayının qərb sahilində təhlükəsizlik və sabitliyə xələl gətirən və davamlı sülh perspektivlərini təhdid edən ekstremistlərin fələstinlilərə qarşı zorakılıqlarının artmasını pisləyirik. Cinayət törədənlər məsuliyyətə cəlb edilməlidir", - bəyanatda deyilir.
Eyni zamanda, G7 regional oyunçuları Yaxın Şərq regionunda sabitliyi pozan fəaliyyətləri dayandırmağa çağırıb. G7, xüsusilə İranı HƏMAS, Hizbullah, Husilər və digər qeyri-dövlət aktorlarına dəstək verməkdən çəkinməyə çağırıb.