Menyu

Çin və ABŞ arasında ticarət 2023-cü ildə 12,2 faiz azalıb

Nərmin Qocamanlı
Çin və ABŞ arasında ticarət 2023-cü ildə 12,2 faiz azalıb

2023-cü ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 12,2% azalaraq 607,01 milyard dollar təşkil edib.

"Operativ Media" xəbər verir ki, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, 2023-cü ilin yanvar-noyabr aylarında Çin və ABŞ arasında ticarət illik ifadədə 12,2% azalaraq 607,01 milyard dollar təşkil edib.

Eyni zamanda, ABŞ ASEAN və Avropa İttifaqından sonra Çinin üçüncü ən böyük ticarət tərəfdaşı olaraq qalıb.

Çin gömrük məlumatlarına görə, Çindən ABŞ- a ixrac 2023-cü ilin ilk 11 ayında illik müqayisədə 13,8% azalaraq 457,756 milyard dollara düşüb, ABŞ isə Çinə 7% azalaraq 149,258 milyard dollar dəyərində mal idxal edib. 

Noyabrda iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi 57,798 milyard dollar təşkil edib, ABŞ Çinə 13,99 milyard dollar, Çindən ABŞ-a 43,8 milyard dollarlıq mal idxal edib.

2022-ci ilin sonunda Çin və ABŞ arasında ticarət dövriyyəsi 0,6% artaraq 759,427 milyard dollar təşkil edib.

 

Teqlər:

"\u00c7in v\u0259 AB\u015e aras\u0131nda ticar\u0259t 2023-c\u00fc ild\u0259 12 2 faiz azal\u0131b"

Əlaqəli Xəbərlər