Menyu

Kemeron: ABŞ Konqresi Kiyevə yardım etməsə, Rusiyaya "Milad hədiyyəsi" verəcək

Kemeron: ABŞ Konqresi Kiyevə yardım etməsə, Rusiyaya "Milad hədiyyəsi" verəcək

ABŞ Konqresinin Ukraynaya hərbi yardımla bağlı razılığa gələ bilməməsi Rusiya üçün "Milad hədiyyəsi" olacaq. 

"Operativ Media" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Vaşinqtonda Aspen İnstitutunun təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

"Avropanın təhlükəsizliyi həm də Amerikanın təhlükəsizliyidir. Biz birliyi qoruyub saxlamalı, ukraynalılara dəstək verməli və Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətini təmin etməliyik. Bu yardım Konqresdə təsdiq edilməsə, onda geriyə yalnız iki nəfər qalacaq: Onlardan biri Rusiyada Vladimir Putin, digəri isə Çində Si Tsinpindir. Sizi bilmirəm, amma heç birinə "Milad hədiyyəsi" vermək istəmirəm", - Kemeron qeyd edib.

Kemeron deyib ki, Ukraynaya hərbi yardım NATO-nun təhlükəsizliyini gücləndirmək üçün yaxşı investisiyadır. Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı uğur qazana bilmədiyini deyən Xarici İşlər Nazirliyinin rəhbəri hər kəsi səbirli olmağa çağırıb. Eyni zamanda, o, Ukraynaya uzaqmənzilli silahların tədarükü ilə bağlı qərarlar qəbul edərkən Qərb üçün "Krımın qırmızı xətt olmamalı" olduğunu vurğulayıb.

Kemeron həmçinin bildirib ki, London dondurulmuş Rusiya aktivlərinin Kiyevə verilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, bu vəsait Ukraynanın bərpası üçün istifadə oluna bilər. Bundan əlavə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri iddia edib ki, Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyaları səmərəsiz sayıla bilməz, çünki onlar Moskvanı təxminən 400 milyard dollar gəlirdən məhrum edib.

Teqlər:

"Kemeron: AB\u015e Konqresi Kiyev\u0259 yard\u0131m etm\u0259s\u0259 Rusiyaya \"Milad h\u0259diyy\u0259si\" ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər