BMT: İsraildən Qəzzaya nəzarət-buraxılış məntəqəsi açıla bilər
"Qəzza zolağının İsraillə sərhədində yerləşən Kerem Şalom keçid məntəqəsi anklavın Misirlə sərhədindəki Rəfah keçid məntəqəsinə əlavə olaraq tezliklə açıla bilər".
"Operativ Media" xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits məlumat verib.
O, bu məsələ ilə bağlı aparılan danışıqlarda üzə çıxan ümidverici əlamətlərə diqqət çəkib. Qriffits Cenevrədə mətbuat konfransında deyib: "Biz hələ də Kerem Şalom vasitəsilə İsraildən Qəzzaya girişi açmaq üçün danışıqlar aparırıq. Bu, uzun həftələrdir müzakirə mövzusu olub. İndi onun tezliklə açıla biləcəyinə dair ümidverici əlamətlər var".