Menyu

Rusiyada sərnişin təyyarəsi mühərrikin yanması səbəbindən məcburi eniş edib

Redaksiya
Rusiyada sərnişin təyyarəsi mühərrikin yanması səbəbindən məcburi eniş edib
1 dəq oxu

Novosibirskdən Moskvaya uçan "Boeing 737" təyyarəsi mühərrikində baş verən yanğın səbəbindən uçuş hava limanına qayıdıb.

"Operativ Media" xəbər verir ki, bu barədə kommersant.ru məlumat yayıb.

Boeing 737-800 təyyarəsi Novosibirsk Tolmaçevo hava limanına eniş edib.

"Mash Siberia" Telegram kanalının məlumatına görə, təyyarədə 176 sərnişin olub.

Təyyarə S7 Hava Yollarına (Sibir) məxsusdur.

Əlaqəli Xəbərlər