Belarus lideri Aleksandr Lukaşenko Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
"Bu dəqiqələrdə Belarus Prezidenti Aleksandr Lukaşenko Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşür", - məlumatda qeyd edilib.
Bundan əvvəl Lukaşenkonun noyabrın 29-da BƏƏ-yə gəldiyi, dekabrın 1-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflərin 28-ci Konfransının əsas tədbiri olan Ümumdünya İqlim Sammitində çıxış etdiyi bildirilirdi. Daha sonra o, dekabrın 3-4-də Çində işgüzar səfərdə olub və orada Çin Xalq Respublikasının sədri Si Tsinpinlə görüşüb. Belarus prezidentinin mətbuat xidməti onun yenidən BƏƏ-yə gəldiyi barədə məlumat verməyib.
Teqlər:
"Luka\u015fenko v\u0259 B\u018f\u018f prezidenti aras\u0131nda g\u00f6r\u00fc\u015f olub"