Menyu

Rusiya: BMT TŞ-nin Qəzza zolağında atəşkəs tələb etməməsindən məyusuq

Rusiya: BMT TŞ-nin Qəzza zolağında atəşkəs tələb etməməsindən məyusuq

"Rusiya iki ay ərzində BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəs tələb etməməsindən son dərəcə məyusdur". 

"Operativ Media" xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş iclasında Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"BMT Nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq Təhlükəsizlik Şurasının bütün bu müddət ərzində tərəfləri zorakılığı dayandırmağa çağırmayan və bunu tələb edən heç bir aydın, məcburi qərar qəbul etməməsindən son dərəcə məyus olduq. Birləşmiş Ştatlar sadəcə İsrailin anklavda hərbi əməliyyatı davam etdirmək məntiqinə uyğun gələn təminatsız fasilələr üçün ünvansız çağırış edir", - diplomat bildirib.

"Bu gün şuranın bu anormal vəziyyətə son qoymaq və beynəlxalq ictimaiyyətin ondan gözlədiyini etmək üçün yaxşı fürsəti var. Bunun üçün BƏƏ-nin hazırladığı qətnamə layihəsini qəbul etməliyik. Ümid edirik ki, bütün həmkarlarımız ortaq dil tapacaqlar", - Polyanski əlavə edib.

Teqlər:

"Rusiya: BMT T\u015e-nin Q\u0259zza zola\u011f\u0131nda at\u0259\u015fk\u0259s t\u0259l\u0259b etm\u0259m\u0259sind\u0259n m\u0259yusuq"

Əlaqəli Xəbərlər