Menyu

Salvador hökuməti bitkoin qarşılığında vətəndaşlıq verir

Salvador hökuməti bitkoin qarşılığında vətəndaşlıq verir

El Salvador hökuməti Tether USD emitenti ilə bitkoinlər müqabilində vətəndaşlıq verilməsi proqramına başlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Qeyd edilib ki, ölkə iqtisadiyyatına Bitcoin (BTC) və ya USDT-yə 1 milyon dollar sərmayə yatırmaq müqabilində Salvador vətəndaşlığının alınmasını nəzərdə tutan "El Salvador Azadlığı Viza Proqramı" qəbul edilib. Proqramın şərtlərinə əsasən, hər il 1000 nəfər Salvador "qızıl" vizalarının alınmasında iştirak edə bilər, onların sahibləri daha sonra ölkə vətəndaşlığı üçün müraciət edə bilərlər.

Dövlət bu proqramdan ildə 1 milyard dollara qədər gəlir əldə etməyi planlaşdırır və bütün pullar ölkədə iqtisadiyyatın və mədəniyyətin inkişafına, eləcə də həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş sosial proqramlara yönəldiləcək.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında El Salvador kriptovalyutanı ödəniş vasitəsi kimi elan edib və Bitcoin almağa başlayıb. Valyutanın əhəmiyyətli dərəcədə devalvasiyasına baxmayaraq, Cənubi Amerika ölkəsinin hökuməti öz strategiyasını davam etdirib. 2022-ci il noyabrın ortalarında Salvador prezidenti Nayib Bukele ölkənin gündə bir bitkoin almağa başlayacağını açıqlayıb.

Nayib Bukele uzun müddətdir ki, bu kriptovalyutanı aktiv şəkildə təbliğ edir. Ölkə əhalisinin əksəriyyəti hökumətin kriptovalyutaya sərmayə qoymaq qərarını uğursuz hesab etsə də, Salvador Bukele qərardan sonra davamlı olaraq əlavə bitkoinlər alır. Hazırda ölkədə təxminən 136 milyon dollar bazar dəyəri olan 3144 bitkoin sikkəsi var.

Dekabrın əvvəlində Nayib Bukele bildirmişdi ki, Salvadorun bitkoinə yatırdığı sərmayə öz bəhrəsini verib, reallaşdırılmamış mənfəət 3 milyon dolları keçib. O, Salvadorun rəqəmsal aktivləri satmaq planının olmadığını və "uzunmüddətli strategiyaya" sadiq qalacağını söyləyib.

Teqlər:

"Salvador h\u00f6kum\u0259ti bitkoin qar\u015f\u0131l\u0131\u011f\u0131nda v\u0259t\u0259nda\u015fl\u0131q verir"

Əlaqəli Xəbərlər