ABŞ insan haqlarını pozduğu üçün Moskva polisinə qarşı sanksiyalar tətbiq edib
ABŞ administrasiyası nümayişlər zamanı insan haqlarının pozulması iddiası ilə Moskva polisi İvan Ryabova qarşı viza sanksiyaları tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin yazılı bəyanatında deyilir.
"İvan Ryabov Moskvanın Brateevski polis idarəsinin əməkdaşıdır. Ryabov insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak etdiyinə görə qara siyahıya salınıb", - sənəddə deyilir.
Amerikanın xarici siyasət idarəsinin məlumatına görə, söhbət Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyata etiraz edən nümayişçilərə qarşı hüquq-mühafizə orqanı əməkdaşının hərəkətlərindən gedir.
Teqlər:
"AB\u015e insan haqlar\u0131n\u0131 pozdu\u011fu \u00fc\u00e7\u00fcn Moskva polisin\u0259 qar\u015f\u0131 sanksiyalar t\u0259tbiq edib"