Menyu

HƏMAS-ın silahlı qanadı Təl-Əvivə raket zərbəsi endirib

HƏMAS-ın silahlı qanadı Təl-Əvivə raket zərbəsi endirib

HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Tel-Əvivə növbəti raket hücumu etdiyini elan edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında bildirilib.

"İzzəddin əl-Qəssam Briqadaları yenidən Təl-Əvivə raketlərlə hücum edib. Raket İsrail qüvvələri tərəfindən Fələstinin dinc sakinlərinin qətliamına cavab olaraq atılıb", - məlumatda qeyd edilib.

Bundan əlavə, silahlılar Xan Yunis şəhəri yaxınlığında və Qəzzanın kənarında İsrail ordusunun bir neçə döyüş maşınını minaatanlardan atəşə tutduqlarını iddia ediblər. 

Qrup həmçinin bildirib ki, İsrail ordusunun Qəzza şəhərinin müəyyən bölgələrini bombalaması zolağda saxlanılan "bir sıra girovların ölümü və yaralanmasına səbəb olub". 

Teqlər:

"H\u018fMAS-\u0131n silahl\u0131 qanad\u0131 T\u0259l-\u018fviv\u0259 raket z\u0259rb\u0259si endirib"

Əlaqəli Xəbərlər