Menyu

Rusiya-Gürcüstan sərhədində 3000-dən çox yük maşını yığılıb

Rusiya-Gürcüstan sərhədində 3000-dən çox yük maşını yığılıb

"3000-dən çox yük maşını Yuxarı Lars keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir".

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Qeyd edilib ki, Qudauri-Kobe hissəsində qoşqulu və yarımqoşqulu avtomobillər üçün hərəkət qadağan edilib. Qar və buzla əlaqədar məhdudiyyətlər tətbiq edilib. Digər növ nəqliyyat vasitələri üçün hərəkət pulsuzdur.

Əlavə edilib ki, Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 3276 yük maşını gözləyir.

Teqlər:

"Rusiya-G\u00fcrc\u00fcstan s\u0259rh\u0259dind\u0259 3000-d\u0259n \u00e7ox y\u00fck ma\u015f\u0131n\u0131 y\u0131\u011f\u0131l\u0131b"

Əlaqəli Xəbərlər