Şərqi Afrikada 3 milyon insan yağışlardan zərər çəkib
Əziz Əzizli
Birləşmiş Millətlər Təşkilatı (BMT) Şərqi Afrika ölkələrində günlərlə davam edən yağışlardan 3 milyon insanın zərər çəkdiyini və 1,2 milyon insanın köç etmək məcburiyyətində qaldığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, açıqlamada Şərqi Afrikada yağan güclü yağışların milyonlarla insanın həyatına mənfi təsir göstərdiyi bildirilib.
Açıqlamada Şərqi Afrika ölkələrində günlərlə davam edən yağışlardan 3 milyon insanın zərər çəkdiyi və 1,2 milyon insanın köç etmək məcburiyyətində qaldığı paylaşılıb.
Qarşıdakı günlərdə yağışların davam edəcəyi və qida təhlükəsizliyi probleminin artacağı barədə xəbərdarlıq edilib.
Şərqi Afrika ölkələri arasında Keniya, Efiopiya, Somali və Tanzaniya da daşqın qurbanları arasındadır.
Noyabrın ortalarından bəri davam edən daşqınlar səbəbilə Keniyada 160, Efiopiyada 57, Tanzaniyada 68 nəfər həyatını itirib. Somalidə daşqınlarda 110 nəfər həyatını itirib.
Teqlər:
"\u015e\u0259rqi Afrikada 3 milyon insan ya\u011f\u0131\u015flardan z\u0259r\u0259r \u00e7\u0259kib"