http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yer kürəsində karbon qazının səviyyəsi 14 milyon il əvvəlki göstəriciyə çatıb

09 Dekabr 2023 , 09:30
Yer kürəsində karbon qazının səviyyəsi 14 milyon il əvvəlki göstəriciyə çatıb

Dünyanın 16 ölkəsindən olan alimlərdən ibarət beynəlxalq konsorsium Yer kürəsi atmosferində son 66 milyon il ərzində karbon qazının (CO2) miqdarının dəyişməsini öyrənib. Məqsəd bunun gələcəkdə iqlimə necə təsir edəcəyini aşkarlamaqdır.

"Operativ Media" xəbər verir ki, tədqiqatın nəticələri “Science” elmi jurnalında dərc edilib.

Hesabata əsasən, hazırda CO2-nin miqdarı qlobal miqyasda hər milyonda (ppm) 420 hissəcik təşkil edir. Sonuncu dəfə belə qatılıq təxminən 14 milyon il bundan əvvəl olub.

Mütəxəssislər müasir analitik üsulların köməyi ilə o ehtimalı təsdiqləyiblər ki, Yer kürəsi tarixində ən isti dövr təxminən 50 milyon il bundan əvvəl olub. O vaxt atmosferdə karbonun qatılığı bugünkündən 4 dəfə yüksək idi və 1600 ppm-ə çatırdı. Temperatur isə hazırkı vaxtla müqayisədə 12 dərəcə yuxarı idi.

Təqribən 4 milyon il əvvəl karbon qazının miqdarı o dərəcədə aşağı düşmüşdü ki, planetdə qütblərdə buz örtüyü əmələ gəlməyə başlamışdı. Azalma 2,5 milyon il bundan əvvəl CO2-nin miqdarı 280 ppm-ə düşərək, buz dövrləri seriyasının başlanğıcını qoyanadək davam edib.

 

Bu səviyyə 400 min il əvvəl, müasir insanlar yarandığı zaman qorunub saxlanılıb. Sənaye inqilabı və insanın Yer kürəsi atmosferinə irimiqyaslı təsiri başlanmayana qədər – təxminən XVII əsrin sonlarınadək sabit qalıb. Son 250 il ərzində karbon qazının qatılığı təxminən iki dəfə artıb.

Hesablamalara görə, Yer kürəsi atmosferində CO2 səviyyəsinin növbəti ikiqat artımı planetin 5-8 dərəcə Selsi istiləşməsi ilə nəticələnə bilər ki, bu da 2015-ci ildə Paris İqlim Sazişinin müəyyən etdiyi 2 dərəcə Selsi kritik səviyyəsindən 2,5-4 dəfə yüksəkdir. Bununla yanaşı, proqnozlar göstərir ki, 2100-cü ilədək karbon qazının qlobal miqdarı 700 ppm-ə yaxınlaşa bilər.

Alimlər gələcəkdə Yer kürəsində son 540 milyon il ərzində karbon qazının dəyişməsini öyrənməyi planlaşdırırlar.

OXŞAR XƏBƏRLƏR
Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu